“Qafqaz” ansamblı Kiyevdə konsert verib
Kiyev Milli Linqvistik Universitetinin konsert zalında Qafqaz rəqsləri məktəbinin beşilliyi
münasibətilə bayram
konserti olub.
Parlaq proqram, rəngarəng geyim, yeni quruluş
və 600 tamaşaçı
- bütün bunlar bir daha sübut
edir ki, istedadlı həmvətənimiz
Nicat Mirzəyev yaradıcı və peşəkar kollektiv formalaşdırıb.
Ansambl tamaşaçılara
Azərbaycanın və
Qafqazın milli rəqslərini təqdim edib. Məktəbin gənc yetirmələrinin
nağara sədaları
altında ifa etdiyi hərarətli "Ləzginka" rəqsi konsertin sürpriz şousu olub. "Ləzginka"nın ən yaxşı ifası üçün tamaşaçılar arasında
da müsabiqə keçirilib.
Fəxri
qonaqlar - Qafqaz rəqsləri məktəbinin
banilərindən biri,
həmvətənimiz Şəmsi
Məhərrəmov, hüquq
elmləri doktoru, Kiyev Milli Aviasiya
Universitetinin professoru Arif Quliyev, "Ümid mənbəyi” beynəlxalq festivalının
direktoru, "Ukrayna dünyanı birləşdirir"
beynəlxalq festivalının
rəhbəri Svetlana Kuzmenko
və başqaları
konsert iştirakçılarını
hərarətlə salamlayıb,
məktəbə və
“Qafqaz” ansamblına yeni yaradıcılıq uğurları arzulayıblar.
Dahi ifaçı Rəşid
Behbudovun bacısı oğlu
- müğənni Cəfər Behbudov
yüksək ustalığı və seçilən səsi
ilə hamını heyran qoyub.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 9.