Xalq yazıçısı Anarın
əsəri İranda işıq üzü görüb
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə qurumun sədri, Xalq yazıçısı Anarın “Dantenin yubileyi” povesti “Böyük qurultay” adı ilə Tehranın “Noxbeqan” nəşriyyatında işıq üzü görüb. Kitabı çapa Solmaz Təbrizli və Səid Muğanlı hazırlayıb.
AYB-nin Güney Azərbaycan şöbəsi
və “Yaşmaq” ədəbiyyat dərgisinin
birgə fəaliyyəti nəticəsində son
iki ildə İranda bir çox ədiblərin
- Anarın “Nəsrin fəzası”, Kamal
Abdullanın “Sehrbazlar dərəsi”, Vaqif Səmədoğlunun “Bu
yolların yuxusunu kim görüb”, İsa
Muğannanın “Doğma
və yad adamlar”, Afaq Məsudun “Suiti”, Şahmar Əkbərzadənin “Utanım yerinə,
ay utanmayan!”, Mirəli
Seyidovun “Bayram və
bayramlıq”, İsmayıl Şıxlının “Ölüləri
qəbiristanda basdırın”, Əlisəmit Kürün
“Sonuncu dua”
kitabları işıq üzü görüb. Hazırda Fikrət Qocanın “Dayanacaqda görüş”
kitabı çapa hazırlanır.
Mədəniyyət.- 2016.- 11 mart.- S. 7.