Ukraynalı fotoqrafla açıq söhbət
Martın 14-də YARAT Müasir İncəsənət Mərkəzində məşhur ukraynalı fotoqraf və video-rəssam Sergey Bratkov ilə açıq söhbət keçiriləcək.
S.Bratkov radikal realizm üslubunda işləyir. O, Bakıda
gənc yerli rəssamlara “Təəccüblənmək,
təəccübləndirmək” adlı ustad dərsi keçəcək.
Nəzərdə tutulub ki, ustad dərsinin iştirakçıları Bakı
ətraflarını gəzərək,
müəyyən əsərlər
yaradacaq, sonra həmin işlərdən
ibarət sərgi təşkil ediləcək.
S.Bratkov 1960-cı ildə anadan olub. Xarkovda İ.Y.Repin
adına Rəssamlıq Məktəbini
və Politexnik Akademiyasının sənaye
elektronikası fakültəsini
bitirib.
Beynəlxalq sərgilərin iştirakçısıdır. Hazırda Moskvada
yaşayır və fotoqrafiya, heykəltəraşlıq
və video sənəti
üzrə mütəxəssisdir.
Soltan
Mədəniyyət.- 2016.- 11 mart.-
S. 7.