“Nabat” filmi Bazeldə keçirilən festivalda nümayiş olunub
İsveçrənin Bazel şəhərində
11-ci “Cinema Querfeld” film festivalı
keçirilib. Festivalda Azərbaycanın İsveçrədəki səfirliyinin
dəstəyi və “Azərbaycanın dostları”
Assosiasiyasının təşəbbüsü
ilə rejissor Elçin Musaoğlunun “Nabat” filmi nümayiş
etdirilib.
Filmin nümayişindən
əvvəl “Azərbaycanın
dostları” Assosiasiyasının
sədri Arzu Bodmer çıxış
edərək Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi, həmçinin
Dağlıq Qarabağ
bölgəsinin tarixi
və mədəniyyəti
barədə qonaqlara məlumat verib.
Sonra filmin əsas ideyası və çəkiliş prosesi ilə bağlı rejissor Elçin Musaoğlunun fikirləri dinlənilib. Filmin nümayişindən
sonra tamaşaçılarla
festival nümayəndələri arasında fikir mübadiləsi aparılıb
və ekran əsərinin iştirakçılar
tərəfindən rəğbətlə
qarşılandığı qeyd edilib.
Xatırladaq ki, festival İsveçrədəki
diaspor təşkilatlarının
iştirakı ilə
keçirilir. Filmlər çəkildiyi dildə, almanca alt yazılarla tamaşaçılara
təqdim edilir.
Festivalın proqramı ilə
linkindən tanış
olmaq mümkündür.
Mədəniyyət.- 2016.- 11 mart.- S. 6.