Olmadı elə, oldu belə” Füzuli teatrının premyerası

Azərbaycan teatrının yaranmasının 143-cü ildönümü ilə əlaqədar Füzuli Dövlət Dram Teatrında Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” tamaşasının premyerası olub. Tamaşa N hərbi hissənin şəxsi heyətinə nümayiş etdirilib.

Səhnə əsərinin quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanov və Sənan Sevindikzadədir. Rollarda Qaçaq Qarayev, Məryəm Məmmədova, Fatimə Səfərəliyeva, Əli Hüseynov, Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov və başqaları çıxış edib.

Tamaşa əsgər və zabitlər tərəfindən maraqla qarşılanıb.

Sonda hərbi hissənin rəhbərliyi tərəfindən teatrın kollektivinə Milli Teatr Günü ilə əlaqədar fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 4.