Qusar teatrında bayram proqramı

 

Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Günü münasibətilə tamaşaçılarına xüsusi proqram təqdim edib. Bayram tədbirində kollektiv sevilən səhnə əsərlərindən parçalar nümayiş etdirib.

Tamaşadan əvvəl Azərbaycan peşəkar teatrının tarixindən, Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyətindən söz açılıb. Bildirilib ki, teatr 26 il əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə nailiyyət qazanıb, klassikmüasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir.

Bayram tədbirində təqdim olunan səhnə əsəri tamaşaçıların alqışları ilə qarşılanıb.

Tamaşadan sonra yerli incəsənət nümayəndələrinin və rəqqasların ifasında konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 4.