İrəvan teatrında Milli Teatr Günü qeyd olunub

 

10 mart - Milli Teatr Günü münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında tədbir keçirilib.

Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev tədbirdə çıxış edərək, teatrın kollektivini peşə bayramı münasibətilə təbrik edib yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə teatrın əməkdaşlarından Səmayə Nəbiyeva, Vaqif Kərimov, Esmiralda Şahbazova, Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Şahnaz Fərəcova Məlahət İsmayılova fəxri fərmanla təltif ediliblər.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 4.