Lənkəranda Milli Teatr Günü
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
Xalq artisti Qabil Quliyev və aktrisa Aynur Əhmədova milli teatrın tarixindən, Lənkəran teatrının inkişaf yolundan danışıblar. Bildirilib ki, əsası 125 il əvvəl qoyulmuş Lənkəran teatrının incəsənət tariximizdə özünəməxsus yeri var. Yaradıcı kollektiv respublikamızda və xarici ölkələrdə keçirilən festivallarda uğurla çıxış edir. Teatr bu ilin yanvarında İranda keçirilən 34-cü Beynəlxalq Fəcr Festivalında ölkəmizi təmsil edib. Lənkəranlı aktyorların Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirdikləri “İlan sultan” səhnə əsəri festivalın “Ən yaxşı tamaşası” adına layiq görülüb.
Məlumat verilib ki, hazırda teatrda Əməkdar artist Adil Zeynalovun quruluşunda yazıçı-dramaturq Əli Əmirlinin “Köhnə ev” pyesinin məşqləri gedir. Builki mövsümdə, həmçinin M.F.Axunzadənin “Hacı Qara”, italyan dramaturqu L.Lunarinin “Üç nəfər yelləncəkdə” və bir neçə uşaq əsərinin də tamaşaya qoyulması nəzərdə tutulub.
Tədbirdə teatrın direktoru
Tofiq Heydərova Lənkəran bələdiyyəsinin
təsis etdiyi “İlin
incəsənət adamı” nominasiyası üzrə diplom təqdim olunub.
Teatrın aktyorlarının ifasında repertuarda
olan tamaşalardan parçalar nümayiş
etdirilib.
Mədəniyyət.- 2016.- 11 mart.- S. 3.