Çoxqütblü dünyaya doğru

 

IV Qlobal Bakı Forumunda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizminteqrasiya məsələləri müzakirə edilir

 

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğrumövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumda iştirak ediblər.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizminteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerjiqlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazirdaxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Dördüncü Qlobal Bakı Forumunu açan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin hazırda dünyanı narahat edən məsələlərin çoxşaxəli olduğunu deyib, bu problemlərin aradan qaldırılması üçün müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırıb. O, IV Qlobal Bakı Forumunun bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Forumun dünyada baş verən mühümqlobal məsələlərin müzakirəsi baxımından artıq ənənəyə çevrildiyini bildirib. Dövlət başçısı ötənilki görüşdən sonra dünyada bir çox dəyişikliklərin baş verdiyini qeyd edib, bu tədbirin məqsədlərindən birinin də planetdə gərginliyin azaldılması, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün əsasların yaradılması olduğunu diqqətə çatdırıb.

 

 

 

 

 

Bu il ölkəmizin müstəqilliyinin 25 illiyini qeyd edəcəyini xatırladan Prezident ötən dövrdə Azərbaycanın bir çox problemlərlə üzləşdiyini, terror və müharibəyə məruz qaldığını vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı 23 il əvvəl qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyini deyən Prezident BMT qətnamələrinin icra mexanizminin yenidən işlənməsinin vacibliyinə diqqəti cəlb edib. Prezident vurğulayıb ki, işğalçı cəzalandırılmalıdır, əks halda o, planlarını davam etdirəcək və təhlükə də daim mövcud olacaq.

Bu il ölkəmizdə “Multikulturalizm ilielan edildiyini diqqətə çatdıran dövlət başçısı müstəqillik illərində bu meylin daha da möhkəmləndiyini və dövlət siyasətinə çevrildiyini bildirib. “Multikulturalizm yaşayır, onun gələcəyi var”, - deyən Azərbaycan Prezidenti respublikamızda heç bir ayrı-seçkiliyin olmadığını, bunun da gələcək inkişafa zəmin yaratdığını diqqətə çatdırıb.

Ötən il Bakıda birinci Avropa Oyunlarının keçirildiyini, gələn il isə İslam Həmrəylik Oyunlarının baş tutacağını deyən dövlət başçısı bildirib ki, bizim əsas məqsədimiz ölkəmizin uğurlu inkişafını təmin etməkdir.

* * *

Bolqarıstan Prezidenti Rosen Plevneliev müasir dünyada sülh və azadlığın sınağa çəkildiyini, mövcud münaqişələrin dünya üçün qlobal təhlükə yaratdığını deyib. Bildirib ki, dünyanın təhlükəsizlik sistemi artıq dəyişib və azad cəmiyyətlərin yaradılması ideyası zərurətə çevrilib. Hər bir dövlətin ərazi bütövlüyünün, sərhədlərinin bölünməzliyinin mühüm prinsip olduğunu deyən Bolqarıstan rəhbəri bildirib ki, müqavimət qabiliyyətli dünyanın yaradılması, yeni dünya nizamının formalaşdırılması artıq zərurətdir.

Albaniya Prezidenti Buyar Nişani Foruma dəvət edildiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, son 25 ildə dünyada böyük dəyişikliklər gedib, indi bəşəriyyət yeni çağırışlarla üz-üzədir, dünya bütün zamanlardan daha çox indi dialoqa ehtiyac duyur.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkəsinin müstəqillik illərində bir çox çətinliklərlə üzləşdiyini, qlobal təhlükəsizliyə töhfə verdiyini diqqətə çatdırıb. Son illərdə Gürcüstan və Azərbaycanın bir çox iri layihələrə imza atdığını deyən dövlət başçısı Şərq ilə Qərb arasında önəmli komponentə çevrilən regionun gələcəyi üçün bu layihələrin əhəmiyyətini vurğulayıb.

* * *

Sonra Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Forum iştirakçılarına məktubu oxunub. Məktubda Forumun uğurlu alınması və orada əhəmiyyətli mövzuların müzakirəsi baxımından Prezident İlham Əliyevi təbrik edən Devid Kemeron ölkəmiz ilə Birləşmiş Krallıq arasında hərtərəfli əlaqələrin qurulduğunuinkişaf etdiyini vurğulayıb.

Kanadanın Baş naziri Castin Trudeau videomüraciətində Bakı Forumunun işinə uğurlar arzulayıb, tədbirin millətlər arasında anlaşmanın əldə edilməsində əhəmiyyətini qeyd edib.

UNESCO-nun baş direktoru İrina Bokova da videomüraciətində Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Forumun keçirilməsindəki dəstəklərinə görə minnətdarlıq edib. O, mədəniyyətlərarası dialoqun indi beynəlxalq aləm üçün vacib əhəmiyyət daşıdığını bildirib.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa artıq dördüncü dəfə keçirilən Forumun dünyanın qarşılaşdığı problemlərin nizama salınması üçün yeni orijinal həll yollarının tapılmasındakı rolundan danışıb. Nizami Gəncəvinin yaradıcılığında dialoq mühitinin mövcud olduğunu deyən qonaq bildirib ki, hazırda dünyanı narahat edən problemlərin həllində ən vacib məqam dialoqdur.

Sonra birgə foto çəkdirilib.

Dördüncü Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir. Forum martın 11-də başa çatacaq.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 2.