Əlixan Səmədov
dostluq konsertində çıxış edib
Qazaxıstanın məşhur bəstəkarı Tattımbetin (Tattımbet Kazanqapulı, 1815-1862) anadan olmasının 200 illiyi münasibətilə Türkiyənin Ankara və Əskişəhər şəhərlərində “Qazaxıstan və Türkiyə dostluq konserti” keçirilib.
Tədbirlərə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və başqa rəsmi şəxslər qatılıb. Ölkəmizi bu tədbirdə tanınmış balaban ifaçısı, Türkiyədə yaşayan soydaşımız Əlixan Səmədov təmsil edib. O, xalq mahnımız “Sarı gəlin”i Qazaxıstan Karaqanda Tattımbet Orkestri ilə birlikdə ifa edib. Eləcə də tədbirdə “Sarı yayla”, “Dədə Qorqud əfsanəsi”, “Atçılar” kimi əsərlər səsləndirilib.
Əlixan Səmədov martın 13-də İstanbulda “Qars
Sevdalıları Qrupu”nun
təşkil etdiyi ənənəvi gecədə
də çıxış edib. O,
Türkiyə və Azərbaycan arasında dostluq
körpüsü yaratdığına, türk milli mədəniyyətinə
və sənətinə verdiyi töhfələrə
görə mükafata layiq
görülüb.
Mədəniyyət.- 2016.- 16 mart.-
S. 16.