Nağara məktəbi” dərsliyi çap olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Nağara məktəbi” dərsliyi çap olunub. Azər Əliyev, Fazil Cəfərov və Çingiz Absəlimovun birgə hazırladıqları kitaba Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri, eləcə də rusAvropa klassiklərinin əsərlərindən parçalar, Azərbaycan xalq mahnı və rəqs materiallarından nümunələr daxil edilib.

Nəşrin məqsədi tədris proqramının inkişaf dairəsini genişləndirmək və müəllimlərin müasir pedaqoji təcrübəsindən daha səmərəli bəhrələnməsinə kömək etməkdir. “Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan dərslik uşaq musiqi və incəsənət məktəbləri üçün nəzərdə tutulub.

 

Mədəniyyət.- 2016.- 14 mart.- S. 15.