Mingəçevirdə
Milli Teatr Günü qeyd olunub
Martın 10-da Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan peşəkar milli teatrının 143 illik yubileyi ilə əlaqədar əbədi-bədii gecə keçirilib.
Teatrın direktor müavini Vüsal Məmmədov və şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev əlamətdar günlə bağlı təbriklərini çatdırıblar. Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli teatrın gənc aktyorlarından Aytən Abdullayeva, Paşa Salmanov, Asim Əmirov və Ceyhun Əhmədova fəxri fərman təqdim edib.
Bədii hissədə Əməkdar incəsənət
xadimi, rejissor Bəhram
Osmanovun yazıçı İlqar
Fəhminin “Son reportaj”
pyesi əsasında
hazırladığı tamaşa nümayiş olunub.
Mədəniyyət.- 2016.- 16 mart.-
S. 11.