“O mənim millətimin ulduzudur, parlayacaq

 

Türkiyə Cümhuriyyətininİstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoy Bakıda anıldı

 

Martın 11-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Türkiyə Cümhuriyyətinin dövlət himninin - “İstiqlal marşı”nın qəbul olunmasının 95 illiyinə onun müəllifi, böyük şair Mehmet Akif Ərsoya (1873-1936) həsr edilmiş gecə keçirildi.

 

Tədbiri Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyi Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi təşkil etmişdi.

Türkiyə səfirliyinin elçi-müşaviri Meral Barlas tədbiri açaraq M.A.Ərsoyun həyat yaradıcılığı haqqında geniş bilgi verdi. Bildirdi ki, şair Qurtuluş savaşının ən parlaq simalarından biridir. O illərdə şeirlərilə döyüşən orduya, xalqa ruh vermiş, yağıyla mənəvi savaşın ön cəbhəsində olmuşdu.

Vurğulandı ki, şair başlıca olaraq əruz vəznində yazıb-yaradıb. Xalqın sosial durumu, gələcəyi onun şeirlərinin aparıcı mövzusu olub. M.A.Ərsoy dərin inanclı müsəlman olsa da, Qərb təhsilinə, texniki inkişafına rəğbət bəsləyib. Onun nəzərindəki gənclik milli ruhdan ayrılmadan Avropa dəyərlərinə yiyələnməli idi. Şair özü məşhur fransız yazıçısı Emil Zolyanın pərəstişkarı olub, onun təsiri ilə naturalizmə meyllənib.

Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil işləri üzrə müşaviri Abdulqadir Fırat böyük istiqlal şairini dərindən anlamağın gərəkliyini bildirdi. Söylədi ki, şair İstiqlal savaşının mənəvi sütunlarından biridir bütün şeirlərini ürəyinin hökmü ilə yazıb.İstiqlal marşı” yazmaq üçün elan olunan müsabiqəyə 700-dən çox şair qatılıb. M.A.Ərsoy ən sondaİstiqlal marşı” yazıb ona çatacaq böyük məbləğli qonorarı götürməyib.

12 mart 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilənİstiqlal marşı”na əvvəlcə Osman Zeki Üngör (1924), sonra isə Əli Rıfat Çağatay (1930) musiqi bəstələyib.

 

Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq,

Sönmədən yurdumun üstündə yanan ən son ocaq.

O mənim millətimin ulduzudur, parlayacaq,

O mənimdir, o mənim millətimindir ancaq.

 

Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Kamil Güneş çıxışını şairinAsimşeirinin təhlili üzərində qurdu. Qeyd etdi ki, M.A.Ərsoy şeirlərini Çanaqqala savaşını qazanan döyüşkən türk gəncliyinə həsr edib. Bu baxımdan onun lirik qəhrəmanı Asim həmin savaşı qazanan gəncliyin simvoludur.

Tədbirdə Bakı Anadolu Türk Liseyinin şagirdlərinin ifasındaAsim nəsli Akifi anıradlı interaktiv tamaşa göstərildi.

Bədii qiraətçilər şairinZülmü alqışlayamam”, “Bülbülşeirlərini səsləndirdilər.

Sonda Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri İbrahim Yıldırım çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 10.