Qədimi qayaüstü incəsənət izləri”

 

Beynəlxalq mədəni marşrut layihəsi ilə bağlı işlər davam etdirilir

 

2015-ci ilin 26 oktyabr tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının mədəni marşrut layihələrindən olan “Qədimi qayaüstü incəsənət izləri” (“Prehistoric Rock Art Trails”) beynəlxalq mədəni marşrut layihəsinə qoşulub. Hazırda bu marşruta İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya və İrlandiyanın 20-dən çox qayaüstü incəsənət abidəsi daxildir.

Layihəyə üzv olmaq məqsədilə nazirlik tərəfindən Qobustan Milli Tarix-Bədii QoruğuQala Dövlət Tarix-Etnoqrafiya Qoruğu haqqında ingilis və fransız dillərində ətraflı məlumat hazırlanaraq marşrutla bağlı beynəlxalq assosiasiyaya təqdim olunub.

Təqdim edilən proqram məqsədəuyğun hesab edilib və assosiasiyanın saytında (www.prehistour.eu) yerləşdirilib. Saytın “intellektual bələdçi” (virtual guide) bölməsində QobustanQala qoruqları haqqında ümumi məlumat, səfər və biletlər, şəkillər, qoruq ətrafında olan mehmanxanarestoranlar haqqında ətraflı məlumat verilib.

Saytın “üzvlər” bölməsində Mədəniyyət və Turizm Nazirliyinin loqosu yerləşdirilib, həmin loqo vasitəsilə www.azerbaijan.travel saytına daxil olmaq mümkündür.

Hazırda nazirlik tərəfindən Gəmiqaya Tarix-Bədii Qoruğu haqqında məlumatların assosiasiyaya təqdim olunması üzərində işlər aparılır.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 9.