Elmi-Metodik Mərkəzin konfrans, seminar treninqi

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Qara Qarayev zalında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı iləNizami poeziyası musiqidəmövzusunda elmi konfrans keçirilib.

Mərkəzin bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayevin giriş sözündən sonra qurumun elmi katibi Hüseyn İbrahimov mövzu barədə danışıb.

Tədbirdə BMA-nın professoru Gülnaz AbdullazadəAzərbaycan bəstəkarlarının yaradıcılığında Nizami mövzusu”, fəlsəfə elmləri doktoru Əminə AbbasovaNizami poeziyasında musiqinin vəsfi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət TəhmirazqızıFikrət Əmirov yaradıcılığında Nizami poeziyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə QulamovaNizami GəncəvininYeddi gözəlpoeması Qara QarayevinYeddi gözəlbaleti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq QəniyevaNizami poeziyası Azərbaycan romanslarındamövzularında məruzələrlə çıxış ediblər.

Əməkdar artist Gülnaz İsmayılovanın ifasında Cahangir CahangirovunGül camalın”, Fikrət ƏmirovunGülümromansları xanəndə Hüseyn Məlikovun ifasındaŞurRastmuğamları səslənib.

Sonda Qara QarayevinYeddi gözəlbaletindən video fraqmentlər nümayiş etdirilib.

* * *

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik MərkəzdəMultikulturalizm ili”nə həsr olunmuş ilk elmi seminar keçirilib.

Mərkəzin elmi katibi Hüseyn İbrahimov ölkə rəhbərliyi tərəfindən sözügedən istiqamətdə görülmüş işlər barəsində məlumat verib.

İnnovasiyalar yeni texnologiyaların tətbiqi şöbəsinin əməkdaşı Rəfiqə Hacıyeva müasir dövrdə Azərbaycanda multikulturalizmin yeni bir fənn kimi tətbiq olunması, onun gənc nəslə çatdırılmasından söhbət açıb.

Elmi araşdırmalar şöbəsinin əməkdaşı Cavid Quliyev “Müstəqillik dövründə mədəniyyət qanunvericiliyinin Azərbaycan Respublikasında inkişaf dinamikası”, şöbənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ruslan Rəhimli “Azərbaycanın etnik rəngarəngliyi və tolerantlıq təcrübəsi” mövzusunda çıxış ediblər.

Sonda mövzularla bağlı fikir mübadiləsi aparılıb və mərkəzin direktoru Asif Usubəliyev bu istiqamətdə görülə biləcək işlər barədə danışıb.

* * *

Elmi-Metodik Mərkəzin təşəbbüsü ilə daha bir tədbir Beyləqan rayonunda təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə rayondakı Heydər Əliyev Mərkəzində gitara musiqi alətinə həvəs göstərən gənc mədəniyyət işçilərinə təlim keçib. Gənc müğənni, peşəkar gitara ifaçısı Tofiq İsmayılzadənin keçdiyi treninqdə mərkəzin tətbiqi tədqiqatlar şöbəsinin metodisti, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun üzvü Nadir Məmmədov, qrupun Beyləqan rayonu üzrə kuratoru Rəqsanə Babayeva və digər üzvləri iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 7.