Narkomaniya ümumbəşəri bəladır
“Narkotik
vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa qarşı
mübarizəyə dair 2013-2018-ci illər
üçün Dövlət
Proqramı”nın icrası ilə əlaqədar ali tədris ocaqlarında tədbirlər keçirilir.
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təşkil olunan tədbirdə çıxış edən rektor Cəfər Cəfərov narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğunu, “ağ ölüm”ə qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəallıq göstərməsinin vacibliyini diqqətə çatdırıb. Bakı Şəhər Baş Polis İdarəsi Veteranlar Şurasının sədri Emin Məmmədov, idarənin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin baş inspektoru, polis mayoru Məryəm Ömərova, Nərimanov RPİ-nin Veteranlar Şurasının sədr müavini Əsgərağa Hüseynov mövzuya dair çıxış ediblər. Narkomaniyanın ağır fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.
* * *
Bakı Xoreoqrafiya Akademiyasında da martın 11-də “Narkomaniyaya yox deyirik” mövzusunda seminar keçirilib. Seminarda Gənc Psixoloqlar İctimai Birliyinin fəallarından Zümrüd Əkbərova "Yeniyetməlik dövrünün özəllikləri və zərərli vərdişlərə aludəliyin qarşısının alınması”, Aytac Abbasbəyli “Narkotik vasitələrin istifadəsinin törətdiyi fəsadlar”, Pərvin Süleymanova “Sağlam həyat tərzi - sağlam gələcək" mövzusunda məruzələrlə çıxış ediblər.
İnteraktiv şəkildə
keçən seminarın sonunda tələbləri
maraqlandıran suallar
cavablandırılıb.
Mədəniyyət.- 2016.- 16 mart.-
S. 6.