İsveçrədə keçirilən müsabiqədə həmyerlimiz laureat olub

 

İsveçrənin Cenevrə şəhərindəki Vandovr Sarayında Fransada yaşayan həmyerlimiz, Əməkdar artist, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyevanın adını daşıyan gənc pianoçuların 10-cu beynəlxalq müsabiqəsi keçirilib.

Müsabiqənin fəxri prezidenti fransalı bəstəkar dirijor Loran Petijirar olub.

Müsiflər heyətində bəstəkar Rodion Şedrin, FransanınDofine Liberoqəzetinin baş redaktoru Katrin Ponse, Tokio Monreal milli simfonik orkestrlərinin baş dirijoru Şarl Dütua, Polşa milli simfonik radio orkestrinin baş direktoru Joanna Vnuk Nazarava başqaları yer alıb.

Həmyerlimiz Vurğun Vəkilov Rumıniya təmsilçisi Botak Aleksandru-Kadmielm müsabiqənin laureatları olublar.

Müsabiqədə ilk yerləri tutanlara Parisdə yerləşən Alfred Corto adına Paris Musiqi Məktəbində pulsuz təhsil almaq üçün təqaüd ayrılıb.

Tədbirdə İsveçrə Fransadan musiqişünaslar, incəsənət xadimləri, ölkəmizin Cenevrə Bern şəhərlərindəki diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, 25 ilə yaxındır Fransada yaşayan Adilə Əliyeva 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan artıq kompakt-diskin müəllifidir.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 6.