Marketinqə yeni baxış

 

Tələbələrin respublika elmi konfransı

 

Azərbaycan Turizm Menecment Universitetində (ATMU) “Marketinqə yeni baxışmövzusunda tələbələrin respublika elmi konfransı keçirilib.

ATMU-nun biznes idarəçiliyi fakültəsinin dekanı Sənan Əliyev bildirib ki, konfransın keçirilməsində məqsəd tələbələr arasında elmi yaradıcılığın təbliği yeni biliklərin əldə edilməsi kontekstində tədqiqatçı potensialına malik istedadlı bacarıqlı tələbələrin aşkar olunmasıdır.

Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov, marketinq kafedrasının müdiri Anar Eminov elmi konfransın tələbələrin gələcək elmi fəaliyyətlərində əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

Plenar iclasda Türkiyənin Yaşar Universitetinin beynəlxalq logistika kafedrasının müdiri professor Ömer Baybars Tek ATMU-nun marketinq kafedrasının müəllimi Elmira Hacıyevanın müasir dövrdə marketinq sahəsində baş verən yeniliklər barədə çıxışları böyük marağa səbəb olub. Konfransda 23 məruzə dinlənilib, fərqlənən tələbələrə diplomsertifikatlar verilib.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 5.