Milli Kitabxanada müqəddəs kitabların sərgisi

 

Martın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Turizm Nazirliyi Respublika Qadınlar Cəmiyyəti birgəQədim tarixi Quran kitablarıadlı sərgi keçirildi.

 

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq 2016-cı ilin ölkəmizdəMultikulturalizm ilielan olunması ilə əlaqədar kitabxanada artıq ikinci tədbirin keçirildiyini vurğuladı. Bildirdi ki, kitabxanadaMultikulturalizm Azərbaycanın həyat tərzidiradlı guşə fəaliyyət göstərir. Təqdim olunan sərgidə isə ayrı-ayrı bölgələrimizdən gətirilən müqəddəs Qurani-Kərim kitabları nümayiş olunur. Qeyd etdi ki, ötən əsrin əvvəllərində sovet hökuməti islam dəyərlərini qadağan etsə , xalqımız inanc dini irsini unutmayıb, qəlbində, hafizəsində yaşadaraq gələcək nəsillərə çatdırıb.

Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova qeyd etdi ki, qurumİbrətictimai-dini redaksiya ilə birlikdə xeyli vaxtdır araşdırmalar aparır. Qədim Quran kitablarının sorağı ilə respublikamızın müxtəlif bölgələrində olublar. Bakı kəndləri, Şamaxı, Ağsu, Masallı, Lənkəran digər rayonlardan 320 kitab toplanıb. Bu gün həmin kitabların sərgisini keçiririk.

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Respublika Qadınlar Cəmiyyətində dini qurumun üzvü Nəhayət Hüseynova çıxış edərək sərginin əhəmiyyətindən danışdılar. Müqəddəs kitabların toplanaraq belə bir sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq ifadə olundu.

Çıxışlardan sonra sərgiyə baxış oldu. Maraqla qarşılanan sərgi üç gün davam edəcək.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 4.