Sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi

 

Martın 15-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil olundu. Tədbirin əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsidir.

Şənlikdə Bakıda fəaliyyət göstərən internat məktəblərinin 300-dək sakini - valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan uşaqlar, eyni zamanda məcburi köçkün ailələrindən olan uşaqlar iştirak edirdilər. Uşaqlara hədiyyələr təqdim edildikdən sonra şənlik bayram süfrəsi ətrafında tanınmış estrada ifaçıları və klounların iştirakı ilə davam etdi. Novruz bayramının əsas personajları olan Keçəl və Kosanın gəlişi şənliyə əlavə rəng qatdı.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 4.