Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolu

 

Seminar iştirakçılarına Elmi-Metodik Mərkəzin saytı təqdim edildi

 

Martın 15-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Səda» tədris teatrında “Mədəniyyətin inkişafı və təbliğində gənclərin rolumövzusunda seminar və mərkəzin saytının təqdimatı keçirildi.

Universitetin prorektoru, professor Məryəm Əlizadə tədbiri açaraq iştirakçıları Novruz bayramı münasibətilə tədris ocağının rektoru Fərəh Əliyevanın, professor-müəllim heyətinin adından təbrik etdi. Seminarın mövzusunun aktuallığına toxunan prorektor bildirdi ki, ölkənin mədəni simasının formalaşmasında, mədəniyyətinin təbliğində gənclərin rolu böyükdürbu böyük yaradıcı qüvvədən səmərəli istifadə edilməlidir.

Mərkəzin direktoru Asif Usubəliyev ümidvar olduğunu bildirdi ki, bu cür görüşseminar onlara ixtisaslı kadrlara ehtiyac duyan mədəniyyətşünaslıq mərkəzlərində çalışacaq dostlar tapmaqda kömək edəcək. Çünki bizim yaradıcı gənclərə ehtiyacımız var.

Sonra mərkəzin www.memm.az saytının və sosial şəbəkələrdəki səhifələrinin təqdimatı keçirildi. Azərbaycan, rusingilis dillərində yaradılmış sayt barədə ətraflı məlumat verildi. Saytın Azərbaycan mədəniyyət və incəsənət xadimləri, onların yaradıcılığı, milli adət-ənənələr və mətbəx, radioteleviziya, kitabxanalar, muzeylər, xəbərlər və forum kimi bölmələri var. Qeyd olundu ki, müasir dövrdə milli irsimizi, mədəniyyətimizi daha düzgün təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyəti böyükdür.

Təqdimatdan sonra Elmi-Metodik Mərkəzin gənc əməkdaşları salona toplaşmış tələbələrlə dialoq qurdular. Tələbələr kreativliyi, multikulturalizmi necə başa düşürsünüz, mədəniyyət sahəsində çalışan gənclər hansı keyfiyyətlərə sahib olmalıdır, mədəniyyətin təbliğində internet resurslarının rolunu necə qiymətləndirirsiniz kimi suallara cavab verdilər.

Sonda Elmi-Metodik Mərkəzin direktoru Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə birgə əməkdaşlığa görə təşəkkürnamə və xatirə hədiyyəsi təqdim etdi.

Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş «İnsanlıq ləyaqəti» kompozisiyasının iştirakçılarına da fəxri diplomlar verildi.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 3.