“İlaxır
çərşənbə” Novruzun
müjdəsini gətirdi
Martın 15-də
Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi
- “İlaxır çərşənbə” ölkəmizin hər
yerində olduğu kimi,
paytaxtda da təntənə
və şənliklərlə qeyd edildi.
Bayramın rəmzi məşəlini yandırmaq üçün səhər metronun “İçərişəhər” stansiyası yanından Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə böyük karvan Suraxanı rayonuna “Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna yollanıb.
Bayram karvanı İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xaqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun “Koroğlu” stansiyasının qarşısından keçib, aeroport avtomagistralı ilə hərəkət edərək “Atəşgah”a çatıb.
Atəşgah məbədindən
od götürən bayram
karvanı geriyə qayıtdıqdan sonra
Heydər Əliyev Sarayının arxasında Azərbaycan
Dövlət Akademik Milli
Dram Teatrının
qarşısındakı ərazidə yeni
salınmış Şəhər Mərkəzi Parkında
(“Qış parkı”) bayram tonqalı
alovlandırılıb. Dədə Qorqudun
Novruz xeyir-duasından sonra
incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.
Mədəniyyət.- 2016.- 16 mart.-
S. 2.