Musiqili Teatrın kimsəsizlərə bayram töhfəsi

 

Azərbaycan Dövlət Musiqili Teatrı Novruz bayramı münasibətilə “Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramı ilə çıxış edib.

Musiqili-əyləncəli tədbir teatrın hazırladığı “Novruzsosial proqramları çərçivəsində baş tutub. Əməkdar artist Novruz Qartal, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Gülnarə Kərimbəyova və başqalarının ifasında teatrın repertuarındakı müxtəlif tamaşalardan parçalar, yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Sonda bayram şamları yandırılıb və tədbir Baharın və Novruzun rəmzi sayılan səməninin dövrəsində oynanılan “Yallı” rəqsi ilə yekunlaşdırılıb.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 2.