ADMİU-nun tələbəsi beynəlxalq müsabiqənin qalibi olub

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi, gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Natəvan Dinikayeva İspaniyada keçirilən müsabiqədə daha bir uğura imza atıb. “Open Spain” müsabiqəsinə 7 ölkədən (Rusiya, Gürcüstan, İspaniya, Yaponiya, Özbəkistan və Azərbaycan) 100-ə yaxın iştirakçı qatılıb. N.Dinikayeva K.Delyuks, E.Qranados və İ.S.Baxın əsərlərini yüksək səviyyədə ifa edərək I yerə layiq görülüb. İstedadlı pianoçunun müəllimləri Yelena XalilulinaSevda Axundovadır.

Müsabiqədən uğurla dönən N.Dinikayeva martın 15-də ADMİU-nun kiçik zalında konsert proqramı ilə çıxış edib. Universitetin rektoru, professor Fərəh Əliyeva, müəllim və tələbə heyətinin izlədiyi konsertdə pianoçu İspaniyada ona qələbə gətirən əsərləri və Ceyhun Allahverdiyevin “Sevəcəm” əsərini yüksək peşəkarlıqla ifa edib.

Konsertdən sonra rektor gənc pianoçunu növbəti müsabiqədə uğuru münasibətilə təbrik edib, gələcəkdə nailiyyətlərinin daha çox olmasını arzulayıb.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 10.