Aşıqlar Birliyi bölgələrdə görüşlər keçirir

 

Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi aşıq sənətinin vəziyyətini öyrənmək üçün bölgələrdə aşıqlarla görüşlər keçirir. Bu qəbildən ilk tədbir Gəncədə təşkil edilib. Birliyin yaradıcılıq məsələləri üzrə katibi Məhəmmədəli Məşədiyev Gəncədə Kəlbəcər rayon mədəniyyət evində Göyçə, Gəncə, Kəlbəcər və Goranboy rayonlarından olan aşıqlarla görüşüb.

Növbəti görüş Gədəbəy Aşıq Məktəbində keçirilib. Görüşdə dastan ifaçılığının, klassik ənənənin daha mükəmməl öyrənilməsi, mütəmadi məşqlərin keçirilməsi, gənc istedadların üzə çıxarılması və aşıqların repertuarlarına daha diqqətlə yanaşılmasının vacibliyi vurğulanıb. Əməkdar mədəniyyət işçiləri Səyyad Pənahov və İmamverdi Mustafayev aşıq havalarının televiziyada ifaları barədə təklif və iradlarını da diqqətə çatdırıblar.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 7.