Bölgələrdə
Novruz təntənəsi
Martın 14-də Goranboy Dövlət Rəsm Qalereyasında Novruz bayramı münasibətilə sərgi açılıb. Qalereyanın fond mühafizi İlhamə Məmmədovanın sözlərinə görə, sərgidə Novruza, baharın gəlişinə həsr olunmuş 23 əsər nümayiş olunur. Onların arasında yerli rəssamlar Məhərrəm Əkbərinin, Lamiyə Hümbətovanın, tətbiqi sənət ustası Qorxmaz Cəlilovun da işləri yer alıb. Sərginin şəhərdə səyyar keçirilməsi də nəzərdə tutulur.
* * *
Martın 15-də Novruz bayramı münasibətilə Ağstafa şəhərinin Səməd Vurğun adına mədəniyyət və istirahət parkında tədbir keçirilib. Tədbir iştirakçıları öncə parkın qarşısında məktəblilərin və yerli sənətkarların əl işlərindən ibarət sərgini, milli folklorumuzdan nümunələri və idmançıların nümunəvi çıxışlarını izləyiblər.
İcra hakimiyyətinin
başçısı Məhərrəm Quliyev
ilaxır çərşənbə və Novruz
bayramı münasibətilə rayon sakinlərini
təbrik edib. Bayram tonqalı yandırılandan
sonra tədbir konsert proqramı ilə davam edib.
Rayon Mərkəzi Kitabxanası
tədbirə kitab stendləri ilə qatılıb. “Keşikçidağ”
Dövlət Tarix-Mədəniyyət
Qoruğunun stendi də tədbir iştirakçılarının marağına səbəb
olub. Burada qoruq ərazisindən
arxeoloji qazıntılar
zamanı tapılmış
maddi-mədəniyyət nümunələri
sərgilənib. Tarix yadigarları
haqqında iştirakçılara
məlumat verilib, suallar cavablandırılıb.
* * *
Sumqayıtın Tarixi Muzeyində təşkil olunan “Sazlı-sözlü Novruzum”
adlı tədbirdə
muzeyin direktoru Olya İslamova, millət vəkili Muxtar Babayev bayram münasibətilə
xoş arzularını
çatdırıblar. F.Əmirov
adına uşaq musiqi məktəbinin müəllimlərinin
və N.Nərimanov adına Mədəniyyət
mərkəzinin “Pöhrə”
uşaq aşıqlar
ansamblının yetirmələrinin
ifaları tədbirə
xoş ovqat qatıb. Tədbirdə həmçinin “Türbət” Mədəniyyət
mərkəzinin rəhbəri
Xatirə Tapdıqovanın
əl işlərindən
ibarət sərgisi də nümayiş olunub.
* * *
Zərdab rayon Mərkəzi kitabxanasında
Novruz şənliyi keçirilib. MKS-nin
direktoru Nailə Əliyevanın təbrik sözündən sonra şənliyin aparıcıları
Aysel Adilqızı və Elnarə Salikova Novruz bayramının tarixi və çərşənbələr
haqqında məlumat veriblər. Şəhər 2 saylı tam orta
məktəb şagirdlərinin
“Fincan-fincan” oyunu tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
1, 2 və 3 saylı
uşaq bağçalarının
körpə fidanlarının
ifasında Novruz oyunları, müxtəlif
nağılların səhnələşdirilməsi
tədbirə coşqu
gətirib. Sonda uşaqlara
Novruz sovqatı paylanıb.
* * *
Qazax rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində “Novruzum - əzəli, əbədi bayramım” adlı qiraət saatı keçirilib. Tədbirdə şəhər 1, 3 və 4 saylı məktəblərin şagirdləri iştirak edib. Şöbənin müdiri Firəngiz Abdıyeva Novruz bayramı haqqında məlumat verib. Sonra uşaqlar bayrama həsr edilmiş əsərləri qiraət ediblər.
* * *
Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində
də şənlik keçirilib. Tədbirdə
“İlaxır çərşənbə” - Torpaq
çərşənbəsi haqqında məlumat verilib, Novruz adətlərindən
söz açılıb. Sonra
xalq mahnılarından ibarət proqram təqdim olunub. Valideyn və müəllimlərin
hazırladığı bayram
xonçaları tədbirə xüsusi
gözəllik gətirib.
Mədəniyyət.- 2016.- 18 mart.-
S. 7.