Multikultural milli-mənəvi dəyərlər
və gənclik
2016-cı ilin
Azərbaycanda “Multikulturalizm
ili” elan edilməsi ilə bağlı Qafqaz Universitetində “Multikultural
milli-mənəvi dəyərlər
və gənclik” adlı ədəbi-bədii
tədbir keçirilib. İştirakçılar əvvəlcə universitet tələbələrinin
hazırladıqları Novruz
sərgisinə baxıblar.
Dövlət himninin səslənməsindən
sonra multikulturalizm haqqında geniş məlumat verilib. Bildirilib ki,
ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində multikultural
dəyərlər bu gün dövlət siyasətinin ən önəmli istiqamətlərindən
birinə çevrilib.
Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
İradə Gülməmmədova,
təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət
və turizm nazirinin müavini Nazim Səmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov respublikamızda
multikulturalizm ənənələrindən
danışıblar.
Bildiriblər ki, Prezident İlham Əliyevin Azərbaycanda multikultural ənənələrin qorunub
saxlanılması, daha
da inkişaf etdirilməsi və təbliği məqsədilə
2016-cı ili “Multikulturalizm ili” elan etməsi təsadüfi deyil. Azərbaycan çoxmillətli və çoxdinli ölkədir.
Bu gün dünya
respublikamızı tolerant ölkə
kimi tanıyır.
Azərbaycanda dilindən, dinindən
və milli mənsubiyyətindən asılı
olmayaraq, hər bir vətəndaşın
hüquqları yüksək
səviyyədə qorunur.
Çıxışlarda o da vurğulanıb ki, Azərbaycanın multikultural ənənələrinin
qorunub saxlanılması
və təbliği ilə bağlı Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir.
Sonra ali təhsil
ocağının fəal
tələbələri fəxri
fərmanlarla mükafatlandırılıblar.
Tədbirdə Qafqaz Universitetinin mədəniyyət şöbəsinin
təşkilatçılığı ilə Novruz bayramına həsr olunan
ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Bayramın milli atributları, özünəməxsus
adət-ənənələri haqqında məlumat verilib. Tələbələrin ifasında səsləndirilən
Novruzla bağlı şeirlər, rəngarəng
musiqi nömrələri, Kosa
və Keçəlin çıxışı tədbir
iştirakçılarına xoş ovqat bəxş edib.
Mədəniyyət.- 2016.- 18 mart.-
S. 6.