"YARAT” Müasir İncəsənət Mərkəzində
konsert proqramı
Martın 16-da “YARAT” Müasir İncəsənət Mərkəzinin təşəbbüsü ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” mərkəzinin Novruz bayramına həsr olunmuş konserti keçirilib.
Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən “İstedad” mərkəzinin şagirdləri, xalq çalğı alətləri ifaçıları və xanəndələr maraqlı proqram təqdim ediblər.
Konsert “YARAT FreeStyle”
layihəsi çərçivəsində
baş tutub. Layihə mütəmadi
keçirilən musiqi
tədbirləri silsiləsini
- canlı ifa və musiqi eksperimentləri proqramını
təqdim edir.
Mədəniyyət.- 2016.- 18 mart.- S.
4.