“Multikulturalizm həyat tərzi kimi”
Mühazirə və konsert proqramı
Martın
17-də Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbində
“Multikulturalizm həyat
tərzi kimi” mövzusunda konsert təşkil olunub. Tədbir
2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar təşkil edilib. İki hissədən ibarət konsertdən əvvəl məktəbin müəllimi
Lalə Sinkeviçin
multikulturalizm barədə
mühazirəsi dinlənilib.
Konsertdə məktəbin müəllim
və şagirdlərindən
ibarət kamera orkestri, həmçinin ayrı-ayrı şagirdlərin
solo çıxışları olub. Gecədə Azərbaycan və
dünya bəstəkarlarının əsərləri
səsləndirilib.
Mədəniyyət.- 2016.- 18 mart.-
S. 2.