Sumqayıt Rəsm
Qalereyasında “Uşaq dünyası”
Sumqayıt Dövlət Rəsm Qalereyasında Bülbül adına uşaq incəsənət məktəbi şagirdlərinin “Uşaq dünyası” adlı sərgisi keçirilib. Sərgidə 50 şagirdin 131 rəsm, 38 qarışıq texnikada əsərləri nümayiş olunub.
İncəsənət məktəbinin
direktoru Lətafət Müfidzadə
çıxış edərək sərginin təşkilinə
görə şəhər Mədəniyyət və Turizm İdarəsinin, eləcə də
qalereyanın rəhbərliyinə təşəkkürünü
bildirib. Əl işləri nümayiş olunan
şagirdlərə fəxri fərmanlar təqdim olunub. Məktəbin fortepiano
və skripka şöbəsi şagirdlərinin
ifasında musiqi nömrələri səslənib.
Mədəniyyət.- 2016.- 30 mart.- S. 12.