Bakı
dünyanın 50 möhtəşəm şəhəri
sırasında
Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer verilib. Müəlliflər - britaniyalı səyahət yazıçıları xanım Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən möhtəşəm, böyük, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək, haqqında məlumatları kitaba daxil ediblər.
Kitabda Bakı ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və s. şəhərlər yer alıb. Nəşrin Bakı haqqında olan hissəsində şəhərin qədim və müasir tarixinə nəzər salınır, bugünkü Bakının gözəlliklərindən, arxitekturasından, abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilir.
Azərbaycan paytaxtında İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya irs siyahısına daxil edilən tarixi abidələr olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, “Alov qüllələri” Bakı şəhərinin yeni simvoluna çevrilib, 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.
Son dövrlərdə
Bakının “Eurovision” mahnı
müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli tədbirlərə
ev sahibliyi etdiyi və bu il şəhərdə “Formula-1” üzrə Avropa Qran-pri
yarışının keçiriləcəyi diqqətə
çatdırılır.
Mədəniyyət.- 2016.- 30 mart.-
S 9.