İpək Yolu üzrə səyahətlər
Onluqda Azərbaycan da var
Azərbaycan İpək Yolu ölkələrinə aid edilən onluğa daxildir. Bu barədə məlumat Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının hazırladığı “İpək Yolu üzrə səyahətlər sahəsində tendensiyalar” mövzusunda məruzədə yer alıb.
Məruzə 10 mindən çox
beynəlxalq səyahətçi arasında keçirilmiş
sorğuya əsaslanıb. Məlum olur ki, hər on səyahətçidən səkkizi İpək
Yolu və ona aid edilən Çin, Monqolustan, Azərbaycan, Qazaxıstan, Özbəkistan,
İran, Türkiyə, Türkmənistan,
Qırğızıstan və Tacikistan
haqqında məlumatlıdır. Məruzədə yazılıb:
“Sorğuya əsasən, “İpək Yolu” ölkələrinə vahid
viza almaq imkanı
olsaydı, bu marşrut
üzrə səyahət etmək istəyənlərin
sayı daha da
artardı”.
Mədəniyyət.- 2016.- 30 mart.- S. 9.