Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanışlıq

 

Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) bir qrup tələbə və müəllim heyəti Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. Mərkəzin rəhbəri, azərbaycanşünas alim Əhməd Sami Əl-Aydi tələbələrə Misirin zəngin mədəniyyəti və tarixi, qurumun muzeyi və zəngin kitabxanası barədə ətraflı məlumat verib.

Maraqlı müzakirə şəraitində keçən görüşdə ərəb dili ilə maraqlanan tələbələr üçün ödənişsiz kursların təşkil olunması, kitabxananın resurslardan istifadə etmə imkanları, Misirin müxtəlif kurort şəhərlərində bir semestrlik istehsalat təcrübəsinin, o cümlədən birgə layihələrin təşkiliicra olunması məsələləri müzakirə olunub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.-  2016.- 30 mart.- S. 7.