Kinorejissor Tofiq
İsmayılov dünyasını dəyişib
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli kinorejissor, Xalq artisti, Prezident təqaüdçüsü, professor Tofiq İsmayılov uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il martın 25-də dünyasını dəyişmişdir.
Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olmuşdur. Teatr İnstitutunun aktyorluq, sonra rejissorluq fakültəsində, Moskvada
kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında
təhsil almışdır.
Sənət fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında
aktyor kimi başlamışdır.
1960-cı ildən Radio və Televiziya Verilişləri Komitəsində
rejissor, 1967-ci ildən
"Azərbaycanfilm" kinostudiyasında
quruluşçu rejissor
vəzifəsində işləmişdir. O, milli dəyərlərə xüsusi
diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə
qarşıladıqları “Mən nəğmə bəstələyirəm”, “Bizim
küçənin oğlanları”,
“Gilas ağacı”, “Oxuyur
Müslüm Maqomayev”,
“Əzablı yollar”,
“Musiqi müəllimi”,
“Vulkana doğru” kimi filmlərin rejissorudur.
1971-ci ildən M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun rejissorluq
kafedrasında çalışmış,
kafedraya rəhbərlik
etmişdir. 1994-cü ildən
Türkiyənin Memar Sinan adına
Gözəl Sənətlər
Universitetinin professoru,
eyni zamanda İstanbul Böyükşəhər
Bələdiyyəsində mədəniyyət işləri
üzrə müşavir
olmuşdur. Tofiq İsmayılov iki qardaş ölkə arasındakı mədəni
əlaqələrin möhkəmləndirilməsinə
böyük xidmətlər
göstərmiş, Azərbaycan
ədəbiyyatı və
incəsənətini Türkiyədə
təbliğ etmək
üçün çox
iş görmüş,
teatr və kino festivallarının, ədəbiyyat günlərinin,
təqdimatların təşkilatçısı
olmuşdur. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində dərs
demişdir.
Tofiq İsmayılov 25 il davam edən "Sənətkarlığımızın
portreti" bədii-sənədli
filmlər silsiləsi
üzərində çalışmışdır.
Bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə
Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm
Maqomayev və digər mədəniyyət
xadimlərinə həsr
olunmuş filmləri qeyd etmək olar. O, “Türk xalqlarının kino tarixi” üçcildliyinin,
onlarla elmi-publisistik məqalənin, uşaqlar
üçün pyeslərin,
hekayələrin müəllifidir.
Əsərləri xarici dillərdə
nəşr olunmuşdur.
Tanınmış rejissor, təcrübəli
pedaqoq və səmimi insan Tofiq Hüseyn oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı
C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyası
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 6.