Tələbələrin
Novruz sərgisi
Azərbaycan Rəssamlar
İttifaqında Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
rəssamlıq fakültəsi tələbələrinin sərgisi
açılıb. Sərgidə universitetin
müxtəlif kurslarda təhsil alan 50-dən çox bakalavr və magistrinin
150-dək işi nümayiş
olunub.
Açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, ADMİU-nun professoru, Xalq rəssamı Ağəli İbrahimov, universitetin rektoru, professor Fərəh Əliyeva, xalq rəssamları Arif Əziz, Xanlar Əhmədov çıxış edərək layihənin istedadlı gənclərin əl işlərinin sənətsevərlərə, geniş kütləyə təqdim olunması baxımından əhəmiyyətindən danışıblar, tələbələri təbrik edərək gələcəkdə belə sərgilərin mütəmadi olaraq təşkil olunmasını arzulayıblar.
Sonra qonaqlar universitetin tələbələrinin ifasında səslənən musiqi sədaları altında nümayiş olunan əsərlərlə yaxından tanış olublar. Sərgidə işi ilə fərqlənən bir neçə tələbə diplomla təltif edilib.
Ekspozisiyada müxtəlif janrlarda yağlı boya ilə
işlənmiş tablolar, qrafik
işlər, kağız üzərində şəbəkə
üslubu ilə kəsilmiş maketlər
və başqa işlər yer alıb. Dekorativ-tətbiqi sənət və
dizayn kafedrasının müəllimi Nəzakət
Əhmədova tərəfindən təşkil edilən tələbələrinin
sərgisi ilk dəfədir ki, Rəssamlar İttifaqında keçirilir.
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 5.