Gənc
Tamaşaçılar Teatrında isveçli
rejissorla görüş
“Uzuncorab Peppi”nin məşqləri başlanacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isveçli rejissor Roni Danielsonla görüş keçirilib. Yeni beynəlxalq layihə çərçivəsində keçirilmiş görüşdə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında tamaşa hazırlanması müzakirə edilib. İsveçli rejissor görüşdən əvvəl müəllifin başqa bir əsərini - “Balaca və damda yaşayan Karlson” tamaşasını izləyib.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonağa Azərbaycan teatrı haqqında ətraflı məlumat verib, bu sahədə baş verən yeniliklərdən danışıb.
Tamaşada iştirak edən aktyorlara maraqlı ifalarına görə təşəkkür
edən rejissor bildirib
ki, A.Lindqren “Uzuncorab Peppi”
romanını 1944-cü ildə qələmə alaraq qızına hədiyyə edib. Əsər anasını itirmiş,
atası uzaqlarda - dənizdə işləyən
gənc, yalqız və müstəqil Peppinin
şən və macəralı həyatından bəhs edir. Qeyd edək ki, tamaşanın məşqlərinə
yaxın günlərdə start veriləcək.
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 5.