Rusiya kanalının nümayəndələri
Azərbaycanda
Ölkəmizin turizm potensialı və mətbəxini əks etdirən film hazırlanacaq
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. Bununla bağlı müxtəlif ölkələrin nüfuzlu kanallarında tanıtım filmləri, verilişlər yayımlanır.
Rusiyanın NTV telekanalında hər həftə yayımlanan “Gedək, yeyək!” (“Poedem, poedim!”) kulinar-etnoqrafik verilişində respublikamızın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulub.
Bu məqsədlə 28 mart - 1 aprel tarixində Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bakıda çəkilişlər Dənizkənarı
Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin
digər görməli yerlərində, həmçinin Gəncə
və Naftalanda, Göygöl
rayonunda aparılacaq.
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 3.