Azərbaycan ailəsi” - yeni film festivalına start verilib

 

Martın 29-da Bakıda Heydər Əliyev Fondunun, BMT-nin Əhali Fondunun, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı iləAzərbaycan ailəsi 2016” film festivalına start verilib.

 

Bu münasibətlə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə 2009-cu ildən təşkil olunan festivalın əhəmiyyətindən danışılıb. Komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh dözümlülük mədəniyyətinin təbliğidir.

BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə Əliyeva, Mədəniyyət Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov başqaları çıxış edərək festivalın əsas hədəfləri barədə məlumat veriblər.

Qeyd edilib ki, əsas hədəflərdən biri cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Filmlərdə müsbət keyfiyyətlərlə yanaşı, erkən nikah, uşaqların, xüsusilə qızların təhsildən yayınmaları, insan alveri kimi problemlər, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası s. əksini tapmalıdır.

Vurğulanıb ki, milli mənəvi dəyərlərin qorunub saxlanılması gələcək nəsillərə çatdırılması məsələsinə dövlət tərəfindən böyük diqqət göstərilir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin ailələrin inkişafı sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı fərman sərəncamlar, təsdiq etdiyi proqramlar bu sahəyə dövlət qayğısının nümunəsidir.

Festivala marağın ildən-ilə artması da diqqətə çatdırılıb. Bildirilib ki, festivalın peşəkar səviyyədə geniş miqyasda keçirilməsi üçün müsabiqə elan edilib. Müsabiqəyə təqdim olunan işlər elm mədəniyyət xadimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalın məqsədinə ideyasına uyğun olan bədii, sənədli, animasiya filmlərini, sosial çarxları, televiziya verilişlərini fotoşəkillərini aprelin 1-dən oktyabrın 1-dək təşkilat komitəsinə təqdim etmək olar.

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 3.