"Baku Guide" bələdçi kataloqunun 2016-cı il may buraxılışı çapdan çıxıb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun 2016-cı il may buraxılışı çapdan çıxıb.

Kataloqun bu sayında 25-27 aprel tarixlərində Bakının ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna xüsusi yer ayrılıb, “İnklüziv cəmiyyətlərdə birgəyaşama” devizi altında gerçəkləşən forumda ölkə başçısı İlham Əliyevin çıxışı, Azərbaycanın dünyaya verdiyi mesajlar diqqətə çatdırılır.

Nəşrdə həmçinin 7-9 apreldə Bakıda keçirilən XV Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisinin (AİTF 2016) nəticələrindən, sərgi iştirakçılarının təəssüratlarından bəhs olunur.

Emosiyalar qəlbinizi dolduracaq” adlı məqalə isə bu yay mövsümündə ölkəmizdə istirahət etmək istəyənlər üçün bələdçi rolunu oynayacaq. Yazını oxuyanlar “Nə üçün yay günlərini Azərbaycanda keçirməyə dəyər” sualına cavab tapacaqlar.

17-19 iyun tarixlərində Bakıda baş tutacaqFormula 1” üzrə Avropa Qran-pri yarışları da çoxsaylı əcnəbi qonağı paytaxtımıza cəlb edəcək. “Odlar yurdunda, sürət zirvəsində” adlı yazıda bu barədə söhbət açılır.

“Azərbaycan mətbəxi” rubrikasında oxucular ölkəmizdə çay mədəniyyəti ilə bağlı ətraflı məlumat alacaq, armudu stəkandakı əsl ləzzətin sirrindən agah olacaqlar.

Tarixi günlər” rubrikası 28 May - Respublika Gününə həsr olunub, müsəlman Şərqində qurulmuş ilk respublikanın keçdiyi yola qısa nəzər salınıb.

 Mədəniyyət və Turizm Nazirliyin nəzdində yeni yaradılan “Baku City Tour” tərəfindən həyata keçirilən şəhər turu, turun marşrut və dayanacaqları, göstərilən xidmətlərlə bağlı məlumat da oxucular üçün maraqlı olacaq.

Həmişəki kimi, bu dəfə də paytaxtın teatrkonsert müəssisələrinin, kino nümayişi mərkəzlərinin may ayı üçün olan dolğun afişası Azərbaycan və ingilis dillərində təqdim olunur.

Şəhərimizin gənc əcnəbi qonaqlarını, aktiv istirahətə üstünlük verən hər kəsi maraqlandıran əyləncə tədbirləri barədə məlumatlar da nəşrdə yer alıb. Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Həmçinin, şəhərimizdəki hotel, restoran, ticarət məkanları, aviakassalar, hava yolları, turizm agentlikləri, avtomobil kirayəsi, çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb.

Onu da qeyd edək ki, “Baku Guide” əmtəə nişanı Azərbaycan Respublikası Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi tərəfindən 11.04.2016 tarixində qeydiyyata (N 2016 0371) alınıb. “Baku Guide” əmtəə nişanının sahibi “Mədəniyyət” qəzeti redaksiyasıdır.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 16.