Sumqayıtda şəhər və ölkədaxili turlara start verilir

 

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi ilə tezliklə şəhər və ölkədaxili turlara start verilir.

Tur səyahətçiləri şəhərin gəzməli, görməli yerlərini ziyarət etmək və istirahətlərini faydalı keçirmək imkanı qazanacaqlar. Təklif edilən yerlər sırasına Sumqayıtın Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər xiyabanı, Göyərçin abidəsi, Rəsm Qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı, şəhər teatrı və s. daxildir.

Şəhərdaxili tur səyahətlərinin qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyən olunub. Həmçinin ölkə daxilində yerlixarici turistlər üçün müxtəlif maraqlı məkanlar, gəzməli yerlər təklif edilir.

Təklif edilən yerlər sırasına Bakı və Bakı ətrafı, eyni zamanda Xaçmaz, Quba, Şamaxı, Qəbələ, Lahıc və digər bölgələr daxildir. Bölgələrə tur səyahətlərinin qiyməti 9-30 manat (məsafədən asılı olaraq) təşkil edir. Sifariş əsasında respublika ərazisindəki ziyarətgahlara da səfər təşkil olunur.

Sifariş üçün əlaqə nömrələri: (018) 655 49 87, (077) 481 07 09, (055) 771 44 41.

Sifarişlər fərdi və kollektiv şəkildə qəbul olunur.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 16.