Avropa Oyunlarının açılış mərasimi “Emmi” mükafatına layiq görülüb

 

“Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimi beynəlxalq “Emmi” mükafatına layiq görülüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası mart ayında 43-cü “Emmi” mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürdüyünü açıqlamışdı.

Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub. “Bakı-2015” Avropa Oyunlarının açılış mərasimi iki nominasiyada - işıq rejissorluğu canlı musiqi üzrə “Sound mix” nominasiyası üzrə qalib gəlib.

Avropa Oyunlarının açılış mərasimini 33 ölkənin təmsilçilərindən ibarət komanda hazırlayıb. Mərasimin bədii rəhbəri yunanıstanlı xoreoqraf rəssam Dimitris Papaioannu olub.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 16.