Məktəblilər
“Azər-İlmə”də və Hərb Tarixi
Muzeyində olublar
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nardaran qəsəbəsindəki 295 və 130 nömrəli orta məktəb şagirdlərinin “Azər-İlmə” xalçaçılıq şirkətinə və Hərb Tarixi Muzeyinə ekskursiyasını təşkil edib.
Hər iki məktəbin 9-cu sinif şagirdləri əvvəlcə “Azər-İlmə”nin xalça qalereyası ilə tanış olublar. Milli xalça sənətimiz barədə məktəblilərə məlumat verən bələdçi xalçaçılığın tarixindən, növlərindən söhbət açıb. Xalçanın toxunması prosesini öz gözləri ilə görən şagirdlər toxuculara və bələdçiyə bu sənətin incəlikləri ilə bağlı suallar veriblər. Məktəbli qızlar hanada olan xalçaya ilmə atmaqla sənət əsərində izlərini qoymaqdan məmnun olublar.
Sonra şagirdlər
Dövlət Hərb Muzeyində olublar.
Muzeydə Azərbaycanın hərb tarixi
şagirdlərin gözləri önündə canlanıb. Azərbaycanın
ilk generalları haqqında məlumat verən
bələdçini maraqla dinləyən
şagirdlər muzeydə onların mundirlərini görüb, müxtəlif dövrlərdə
istifadə edilən silahlarla tanış olublar. Xanlıqlar dövrü zalı ilə tanışlıq,
Hərbi Dəniz Qüvvələri zalında dənizçilərin
istifadə etdiyi cihazlar,
eləcə də muzeyin həyətində
nümayiş olunan hərbi
texnika məktəblilərin xüsusi marağına səbəb olub.
Mədəniyyət.- 2016.- 4 may.-
S. 15.