Uşaqlar sevimli ədibin
yubileyini qeyd ediblər
XX əsr Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Abdulla Şaiq gənc nəslin təlim-tərbiyəsində müstəsna rol oynayıb. Görkəmli pedaqoq və ədibin bütün həyatı uşaq dünyasına bağlı olub, maraqlı mənzum nağıl və hekayələri, dram əsərləri ilə onların sevimlisinə çevrilib. Abdulla Şaiqin 135 illik yubileyi münasibətilə paytaxtın Xətai rayonundakı 221 saylı orta məktəbdə keçirilən yubiley tədbiri də bunların əyani sübutudur. Məktəbin 2 b sinif şagirdlərinin və sinif müəllimi Zülfiyyə Qənbərovanın rəhbərliyi ilə tədbirə xüsusi həvəslə hazırlaşdıqları şairin əsərlərinə çəkilmiş rəsmlərdən ibarət sərgidə belə hiss olunurdu. Uşaqlar şairin mənzil-muzeyində olmuş, orda gördüklərindən və oxuduqları əsərlərdən bəhrələnərək müxtəlif rəsmlər çəkmişdilər.
Sərgiyə baxışdan sonra şagirdlər A.Şaiqin şeirlərini, şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. “Qərənfil”, “Bənövşə”, “Qızılgül”, “Zanbaq” mahnılarında onların ətri duyulurdu. “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” əsərlərinin səhnələşdirilməsi də maraqla qarşılanıb.
Tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru
Ülkər Talıbzadə də iştirak
edib. O, böyük zövq aldığı tədbirin təşkilinə
görə minnətdarlığını bildirib.
Mədəniyyət.- 2016.- 4 may.-
S. 15.