"İsinsin azacıq bu daş duyğular”
Aprelin
28-də Azərbaycan Rəssamlar
İttifaqının (ARİ) Vəcihə Səmədova
adına sərgi salonunda rəssam Kirman Abdinin Xalq şairi Məmməd Arazın poeziyasına həsr etdiyi "İsinsin azacıq bu daş duyğular” adlı fərdi qrafika sərgisinin açılışı keçirildi.
Tədbiri ARİ-nin katibi,
Xalq rəssamı Ağəli İbrahimov açaraq Kirman Abdinin yaradıcılığı
haqqında iştirakçılara
məlumat verdi.
O, rəssamın sənətsevərlərə
təqdim olunan əsərlərinin Məmməd
Arazın poeziyasına
vurğunluqdan yarandığını
bildirdi. Qeyd etdi ki, bu sərgi rəssamın
son üçillik zəhmətinin
bəhrəsidir.
Xalq rəssamı,
ARİ-nin qrafika bölməsinin rəhbəri
Arif Hüseynov həmkarının M.Araz poeziyasına üz tutmasını yüksək
dəyərləndirdi, sərginin
ədəbiyyatla rəssamlığın
uğurlu qovuşmasından
ərsəyə gəldiyini
söylədi. M.Arazın yaradıcılığını təsviri sənət baxımından daha çox “ağ-qara” rənglər şairi olaraq səciyyələndirən
rəssam bu əsərlərin gələcəkdə
ədibin kitablarında
da görmək istədiyini dedi.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan
Əliyev M.Araz poeziyasının bədii
ifadəsi baxımından
sərgini uğurlu saydı, rəssamların
bədii ədəbiyyata
ardıcıl müraciət
etməsinin vacibliyini bildirdi.
ARİ-nin “İncəsənət”
jurnalının baş
redaktoru, şair Musa Ələkbərli sərginin
M.Araz poeziyasına layiqli töhfə olduğunu vurğuladı,
böyük söz ustadına ithaf etdiyi şeiri oxudu.
Şair Ramiq Muxtar söz
ustadı ilə rəssamın düşüncə
birliyindən yaranan əsərləri yüksək
dəyərləndirdi.
Yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas şairin
ailəsi adından rəssama, sərgiyə gələnlərə sayğısını
ifadə etdi: “Çox sevinirəm ki, Məmməd Arazın yaradıcılığına
rəssamlar da müraciət edirlər. Həqiqətən, şairin poeziyasının
çəkisi, fəlsəfəsi
onu rəsm əsərinə çevirməyə
imkan verir”.
Sonda müəllif çıxış
edərək sənətsevərlərə
ürək sözlərini
yetirdi: "Bu əsərlərdə
böyük şairin
yaradıcılığına üç yöndən yanaşmağa çalışmışam:
həyata gülən,
qəm çəkən
və düşünən
Məmməd Araz. Onun poeziyasına müraciət
etmək məndən
məsuliyyət tələb
edirdi. Sevinirəm
ki, üçillik zəhmətim bu gün bəhrəsini verdi”.
Sonra iştirakçılar sərgi
ilə tanış
oldular. Sərgidə K.Abdinin 60 əsəri
nümayiş olunur.
Rəssam əsasən M.Arazın
fəlsəfi yüklü,
şah misralarına qrafik əsərlər çəkib, şair dünyasının rəssamlıqda
uğurlu bədii həllinə nail olub.
Əsərlərin içərisində şairin bir neçə qrafik portretləri də ayrıca diqqət çəkir.
Qeyd edək ki, Kirman Abdin 1959-cu ildə Şahbuz rayonunda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Ölkəmizdə və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Uzun illərdir mətbuatda rəssam kimi fəaliyyət göstərir.
Soltan
Mədəniyyət.- 2016.- 4 may.-
S. 10.