Los Ancelesdə Azərbaycana dair sənədli filmlər
ekranlaşdırılıb
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin və ölkəmizin Los Ancelesdəki Baş konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair
beş yeni sənədli
film ekranlaşdırılıb. Filmlər
yerli kanallarda nümayiş olunub.
Sənədli ekran əsərlərində Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır.
Filmlərin əsas süjet xətti ölkəmizin təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiəti ilə ölkəmizin tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları uzaq ABŞ tamaşaçısında Azərbaycana maraq və rəğbət hissi oyadır.
Sözügedən filmlər ABŞ-ın 20-dən çox televiziya kanalında nümayiş olunub və il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 kanalda yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur.
Filmlərin istehsalı Los
Ancelesdə fəaliyyət göstərən “Econews”
teleradio şirkəti tərəfindən
həyata keçirilib. Sənədli filmləri
üç dəfə “Emmi”
mükafatına nominant olmuş
şirkət ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının
hazırlanması ilə tanınır. Filmlərin çəkilməsi
məqsədilə proqramın prodüseri
Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu
Bakıda və Azərbaycanın bir
sıra regionlarında səfərdə olublar.
Mədəniyyət.- 2016.- 4 may.-
S. 8.