III Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu başa çatıb

 

Müsabiqə proqramına 28 ölkədən 78 film daxil edilib

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-dən 4-dək Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Festivala film qəbulu başa çatıb. Festivalın seçim komissiyasına ümumilikdə 71 ölkədən 420 film təqdim olunub. Seçim komissiyası göndərilən filmlər arasından 28 ölkədən 78 filmi müsabiqə proqramına daxil edib. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq kinematoqrafçılar, media, səyahət turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Birinci, ikinci üçüncü yerlərin qalibləri müvafiq olaraq qızıl, gümüş bürünc mükafata layiq görüləcəklər. Ən yaxşı filmə isə Qran-pri veriləcək. Festivalda yarışan yerli filmlər həm milli mükafat uğrunda mübarizə aparacaq.

Festivalda müsabiqə müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri KİV təmsilçiləri arasında mübadilələr həyata keçiriləcək.

Qeyd edək ki, BBTFF mənzil-qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işləriniSalnaməsənədli filmlər studiyası həyata keçirir. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az saytından əldə etmək olar.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 8.