İpək Yolu ölkələrinin ali
incəsənət məktəblərinin forumu
keçirilib
Aprelin 27-dən 30-dək Çin Xalq
Respublikasının Şanxay şəhərində
İpək Yolu ölkələrinin ali musiqi (incəsənət)
məktəbləri rektorlarının forumu
keçirilib.
Şanxay Musiqi Konservatoriyasında təşkil olunan forumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva da iştirak edib.
Üç seksiyada müzakirələrin aparıldığı forumda ADMİU-nun rektoru “Azərbaycan musiqi tədrisi və mədəni müxtəliflik” mövzusunda çıxış edib. Çin, Azərbaycan, Hindistan, Özbəkistan, Rusiya, Monqolustan, Pakistan, Qazaxıstan, İran, Macarıstan, Belarus musiqi və incəsənət ali məktəblərinin rektorlarının iştirakı ilə musiqi mədəniyyətlərinin mübadiləsi, ənənəvi musiqi irsinin qorunmasında ali məktəblərin rolu, musiqi tədrisinin ənənə və gələcəyi mövzularında dəyirmi masalar keçirilib.
Tədbir çərçivəsində müasir təhsil sistemi haqqında qarşılıqlı təcrübə mübadiləsi, gələcək elmi və mədəni əməkdaşlıqla bağlı danışıqlar aparılıb.
ADMİU-nun rektoru Şanxay
Musiqi Konservatoriyası, Qazaxıstan Milli İncəsənət Universiteti,
Hindistan Musiqi, Rəqs
və Dram Akademiyası, Macarıstan List Musiqi Akademiyası, Belarus Dövlət Musiqi
Akademiyası, Monqolustan Dövlət
İncəsənət və Mədəniyyət Universitetinin rəhbər şəxsləri ilə
görüşlər keçirərək ənənəvi
və klassik musiqi sənətinin
tədrisi problemləri ilə bağlı fikirlərini bölüşüb. Sonda
forumun bəyannaməsi imzalanıb.
Mədəniyyət.- 2016.- 4 may.- S.
5.