Musiqili Teatrda tanınmış aktyorun xatirəsi anılıb

 

Aprelin 30-da Əməkdar artist, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoymuş Xanlar Muradovun anadan olmasının 70 ili tamam oldu. Aktyor 1975-ci ildən dünyasını dəyişdiyi 2005-ci ilə qədər Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, bir-birindən maraqlı obrazlar canlandırıb.

Aktyorun doğum günündə teatrda O.Kazımi və R.Heydərin “Qızıl toymusiqili komediyasının növbəti nümayişi onun xatirəsinə həsr olunub. Vaxtilə Xanlar Muradov bu tamaşada Rəhim kişi obrazını canlandırıb.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 4.