Cabbar Qaryağdıoğlunun 155 illiyinə həsr olunan tədbir

 

Mayın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin C.Qaryağdıoğlu adına 9 saylı uşaq musiqi məktəbində Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, Xalq artisti Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə böyük xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Məktəbin nəzəriyyə şöbəsinin müəllimi Ülviyyə Şahbalayeva çıxış edərək, tədris ocağında muğam sinfinin yaranmasının 30 illiyinin tamam olması barədə məlumat veribbu işdə müəllim Sabir Abdullayevin böyük əməyinin keçdiyini xüsusi qeyd edib. Bu münasibətlə S.Abdullayev məktəbin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib.

Sonra yubiley tədbiri muğam sinfi şagirdlərinin ifasında "Arazbarı" ritmik muğamı, "Qarabağ şikəstəsi" və rəngarəng xalq mahnılardan ibarət konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 3.