Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin
yeni layihəsi
Mayın 3-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni layihəsinə əsasən yaradılmış Sabunçu rayonu Asudə Vaxt Mərkəzinin açılışı olub. İdarənin rəis müavini Nazim Əliyev mərasimdə iştirak edib.
Mərkəzin direktoru Mehriban Bayramova iştirakçıları qurumda fəaliyyət göstərəcək dərnək və kurs otaqları ilə tanış edib.
Mərkəzin fəaliyyətinin məqsədi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının uğurla həyata keçirilməsi, bilikli, peşəkar, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaq, əhalinin mədəniyyət, təhsil və digər sahələrdə maraqlarını təmin etməkdir. Mərkəzin gənclərin asudə vaxtının səmərəli təşkil olunması, yeniyetmələrin bilik və bacarıqlarının inkişafı, elmə həvəsləndirilməsi, həmçinin hərtərəfli inkişafı üçün fəaliyyət növləri mövcuddur.
Qeyd edək ki,
yaxın zamanlarda növbəti Asudə Vaxt Mərkəzinin Yasamal
rayonunda və il ərzində
Bakının digər rayonlarında yaradılması nəzərdə
tutulub. Rayonda fəaliyyət göstərən bütün
mədəniyyət ocaqlarının (musiqi
məktəbi, kitabxana, mədəniyyət
evi və klublar) vahid koordinasiya mərkəzinə
çevriləcək bu mədəniyyət
ocağı əhalinin bütün təbəqələrinin
maraq dairəsini əhatə edir.
Mədəniyyət.- 2016.- 4 may.-
S. 2.